Ukraynanın iki döyüş təyyarəsi toqquşdu, ölənlər var – FOTO

Ukraynanın Jitomir vilayətində iki “L-39” döyüş təlim təyyarəsi toqquşub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, döyüş tapşırığı zamanı iki L-39 döyüş təlim təyyarəsinin ekipajları səmada toqquşub. Təəssüf ki, hər üç pilot həlak olub. İstintaq davam edir.

Hazırda baş vermiş qəzanın səbəbləri araşdırılır.