ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı vəziyyət həll edildikdən sonra Kubaya “baş çəkəcəyini” bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Amerika lideri Kubanı “tənəzzülə uğramış bir ölkə” adlandırıb və onun uzun müddətdir çox pis idarə olunduğunu söyləyib.
Ağ Ev rəhbəri daha əvvəl Vaşinqtonun Hörmüz boğazının tam blokadasına başladığını açıqlayıb. O, həmçinin ABŞ-ın İrana qarşı məhdud hücumları bərpa edə biləcəyini də bildirib.
Tahir Turan
Globalinfo.az