Tramp İrana görə onunla mübahisə etdi – Qərarı isə…

Tramp İrana görə onunla mübahisə etdi - Qərarı isə...

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard İranİsrail münaqişəsi ilə bağlı Ağ Evdəki müzakirələrdən kənarlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, səbəb prezident Donald Trampla bu məsələdə yaranan fikir ayrılığı olub:

ABŞ ordusunun xarici münaqişələrə müdaxiləsinə açıq şəkildə qarşı çıxan Qabbard Trampın rəğbətini itirib. Lakin Vaşinqton sözügedən münaqişəyə birbaşa qarışarsa, idarə rəisi administrasiyanı tərk etməyəcək”.

“NBC News” mənbələri qeyd edib ki, Qabbard tənqidlə yanaşı, həm də Tehranla əlaqə kanalları yaradan avropalı müttəfiqlərdən dəstək axtarıb və məsələnin diplomatik həll yolunu tapmaq üçün pərdəarxasında görüb.

Əliyar Xəlil
Globalinfo.az