tramp 4 900x565 1

ABŞ Prezidenti Donald Tramp İranın mövcud hakimiyyətinin sağ qalan nümayəndələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Amerika lideri nəşrə açıqlamasında qeyd edib ki, İran hökumətində yeni rəhbərliklə əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün hələ də gec deyil.

“Yeni namizədlər ortaya çıxır. Bir çox insan bu vəzifəni tutmaq istəyir. Onlardan bəziləri çox yaxşı namizəd ola bilər”.

O, həmçinin İranın raket potensialının dağıdıldığını iddia edib.

Trampın sözlərinə görə, ölkənin buraxılış qurğuları tükənmək üzrədir.

Qeyd edək ki, Tramp bir qədər əvvəl verdiyi açıqlamada İranla danışıqlar üçün “artıq çox gec olduğunu” demişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: