ABŞ Prezidenti Donald Tramp noyabr ayında Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etməyə bilər.
Globalinfo.az xəbər verir ki, Tramp bu məsələyə münasibət bildirərkən sammitdə iştirakını şübhə altına aldığını deyib və ABŞ administrasiyasından öz əvəzinə başqa bir nümayəndə göndərməyi düşündüyünü qeyd edib.
“Yəqin ki, ora başqasını göndərəcəyəm, çünki mənim Cənubi Afrika ilə çox problemlərim var”, – deyə Tramp əlavə edib.
Tahir Turan
Globalinfo.az














