Tramp: “Fordonu məhv etməliyik!” – İranla savaş başlayır?

Tramp: “Fordonu məhv etməliyik!” – İranla savaş başlayır?

ABŞ Prezidenti Donald Tramp İranın Fordo şəhərində yerləşən yeraltı uran zənginləşdirmə obyektinin məhv edilməsinin zəruri olduğunu düşünür və ona zərbə endirilməsi ideyasına meyillidir.

Globalinfo.az xəbər verir ki, bu barədə “CBS” telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin bildirdiyinə görə, Trampın köməkçiləri onu Fordodakı nüvə obyektinə mümkün bombardmanla bağlı risklər və üstünlüklər haqqında məlumatlandırıblar. Nəşrdə qeyd olunur ki, Tramp həmin obyektin nisbətən qısa müddətdə silah istehsalı üçün istifadə oluna biləcəyi riskinə görə sıradan çıxarılmasının vacib olduğunu düşünür.

“O hesab edir ki, seçim çox deyil”, – deyə mənbələrdən biri bildirib. “Bu işi başa çatdırmaq — Fordonu məhv etmək deməkdir”, – deyə o əlavə edib.

Xatırladaq ki, ötən gün jurnalistlərin suallarını cavablandıran Tramp bu obyektə zərbə endirilməsi ilə bağlı hələlik qəti qərar qəbul etmədiyini bildirib. O, jurnalistin “Fordo obyektinin məhv edilməsi Tehranın nüvə proqramı ilə bağlı razılıq əldə etmək üçün vacib şərtdirmi?” sualına mənfi cavab verib.

Aysel Əliyeva
Globalinfo.az