tramp

Tramp eyni gündə ABŞ hökumətindəki iki mühüm simanı səfərə göndərir.

Globalinfo.az xəbər verir ki, fevral 13-də ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun Avropa turnesi başlayacaq. 9 gün davam edən səfər dönəmində Kelloq Almaniya, Belçika və Ukraynada olacaq. Onun səfərinin Ukrayna müharibəsində sülhün əldə olunması məqsədi ilə gerçəkləşəcəyi deyilir.

Kelloqun Avropada olduğu dönəm ərzində Münhen Təhlükəsizlik Konfransında da iştirak edəcəyi gözlənilir.

Kelloqla bərabər dövlət katibi Marko Rubio da Vaşinqtonu tərk edəcək. Rubio əvvəlcə Almaniyanı ziyarət edib, Münhen Təhlüksizlik Konfransında iştirak edəcək və burada G7 XİN rəhbərləri ilə görüşəcək. Daha sonra isə Rubionun Yaxın Şərq turnesi başlayacaq. O, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini ziyarət edəcək. Burada təkcə Qəzzadakı vəziyyəti yox, İran və onun tərəfdarlarının fəaliyyətini müzakirə edəcək.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı sabah işinə başlayacaq. Konfransa Azərbaycan tərəfinin də qatılması gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: