ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə Ukrayna münaqişəsini müzakirə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib
“Mən Çin Prezidenti Si Cinpinlə çox məhsuldar bir ünsiyyəti başa vurdum. Biz bir çox çox vacib məsələlərdə irəliləyiş əldə etdik. Bura ticarət, Rusiya və Ukrayna arasında müharibənin dayandırılması və TikTok sazişinin təsdiqi məsələləri daxildir. Mən həmçinin Cənubi Koreyada keçiriləcək APEC sammitində görüşəcəyimizi, eləcə də qarşılıqlı səfərlərimizin olacağını təsdiqlədim. Telefon danışığı çox yaxşı keçdi,” – Tramp Truth Social şəbəkəsində yazıb.
Əliyar Xəlil














