ABŞ Prezidenti Donald Tramp ölkəsində daha çox ruhi xəstəxanalar açmaq istəyir.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Daily Caller” qəzetinə müsahibəsində danışıb.
O, cinayətkarlığı azaltmaq üçün nə edəcəyi sualına belə cavab verib:
“Biz uzun müddətdir bağlı olan ruhi xəstəxanaların yenidən açılmasını düşünə bilərik. İndi Nyu-York və Kaliforniya kimi ştatlarda ruhi xəstələrin sayı çoxdur. Belə xəstəxanaları saxlamaq çox baha başa gəlir, ona görə də səlahiyyətlilər onları bağladı. Nəticədə xəstə insanlar cəmiyyətə buraxıldı”
Tramp qeyd edib ki, psixi pozğunluğu olan insanlar cəmiyyət üçün çox təhlükəlidir.
“Onlar kifayət qədər uzun, – 85 ilədək ömür sürə bilirlər”.
Əliyar Xəlil
Globalinfo.az