Hizbullahdan İsrailə raket hücumu: ölənlər və yaralananlar var

Hizbullah qruplaşması Livan sərhədi yaxınlığında Metula şəhərində İsrailə məxsus obyektə raket zərbəsi endirib.

Globalinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Hizbullah tərəfindən İsrailə məxsus iki “Merkava” tankı da vurulub.

Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu da bildirilib.

“İslam Müqaviməti Metuladakı bir obyektə raket hücumu ilə bağlı bəyanatına əlavə olaraq, ekipajının ölməsi və yaralanması ilə nəticələnən “Merkava” tanklarına hücumu təsdiqləyir”, – deyə  bəyanatda deyilir.

İsrail Müdafiə Qüvvələri də raket zərbələrinin atış bölgəsinə hücum edildiyi ilə bağlı məlumat yayıb.