ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 40 ildən sonra ilk dəfə Kapitolidə keçiriləcək andiçmə mərasimində iştirak etmək üçün Konqresə gəlib.
Globalinfo.az xəbər verir ki, onun andiçmə mərasimi ABŞ televiziya şirkətləri tərəfindən həyata keçiriləcək.
Vaşinqtonda mənfi 11 dərəcə soyuq olduğu üçün açılış mərasimi əvvəlcədən nəzərdə tutulduğu kimi Konqres binasının qarşısında deyil, təxminən min nəfər tutumlu Rotunda mərkəzi salonunda keçirilir. Bu binada sonuncu dəfə 1985-ci ildə 40-cı prezident Ronald Reyqan and içib.
Paytaxtda Trampa qarşı sui-qəsd cəhdlərinin olması səbəbindən görünməmiş təhlükəsizlik tədbirləri görülüb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














