Tramp Alyaskadan Vaşinqtona tez qayıda bilər

Tramp Alyaskadan Vaşinqtona tez qayıda bilər

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində keçiriləcək danışıqların “çox yaxşı” keçəcəyini düşünür.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Tramp Vaşinqtondan Ankoricə uçan təyyarənin göyərtəsində “Fox News” telekanalına müsahibəsində deyib.

Bununla yanaşı, o, bir daha vurğulayıb ki, əgər indiki ABŞ-Rusiya sammiti uğurlu olmasa, Vaşinqtona tez qayıtmağa hazırdır.

Ağ Evin rəhbəri əlavə edib ki, Ukraynada atəşkəsin tez bir zamanda əldə olunmasını istəyir:

“Əgər bu alınmasa, narazı qalacağam. Mən sadəcə insanların öldürülməsinin dayandırılmasını istəyirəm”.