Tramp Ağ Evin damına çıxaraq nüvə zarafatı etdi – Aləm QARIŞDI

Tramp Ağ Evin damına çıxaraq nüvə zarafatı etdi - Aləm QARIŞDI

ABŞ prezidenti Donald Tramp Ağ Evin brifinq otağının damına çıxaraq raketlər və nüvə başlıqları yerləşdirmək üçün yer axtardığını elan edib. Onun bu zarafatı birmənalı qarşılanmayıb.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı Vaşinqtondakı iqamətgahının ərazisində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Amerika lideri təhlükəsizlik xidmətinin əməkdaşlarının və köməkçilərin müşayiəti ilə damda təxminən 20 dəqiqə vaxt keçirib. Orada həmçinin jurnalistlərin suallarını cavablandırıb.

ABŞ administrasiyası rəhbərinin mətbuat xidmətinin məlumatına görə, Tramp damdan Ağ Evin  ziyafət zalının tikintisi planlaşdırılan əraziyə baxış keçirib. Təxminən 200 milyon dollara başa gələn bu obyektin tikilməsi ilə bağlı planlar ötən həftə rəsmən açıqlanıb.

Əliyar Xəlil

Globalinfo.az