Tramp administrasiyası İsrailin Suriyadakı zərbələrinə reaksiya verdi

Tramp administrasiyası İsrailin Suriyadakı zərbələrinə reaksiya verdi

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İsrailin Suriya ərazisinə endirdiyi zərbələrə necə cavab verdiyi məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, Ağ Ev İsrailin baş naziri Benyamin Netanyahunun bölgədəki siyasətindən qəzəblənib. Tramp administrasiyasının rəsmiləri onu idarəolunmaz hesab edirlər.

Mənbələr əlavə edib ki, Netanyahunun hərəkətləri Vaşinqtonun regiondakı siyasətinə ziddir. Üstəlik, artıq bir neçə amerikalı məmur ondan birbaşa ABŞ prezidentinə şikayət edib.

Nəşrin yazdığına görə, Trampın özü hələ yəhudi dövlətinin baş nazirini açıq şəkildə tənqid etməyib.

Tahir Turan
Globalinfo.az