Ukraynada münaqişə Rusiyanın şərtləri əsasında başa çata bilər.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Parlamentinin Fransadan olan deputatı Tyerri Mariani deyib.
Onun sözlərinə görə, Ukrayna və ABŞ liderləri arasında baş verən mübahisə Kiyevi daha da zəif mövqedə təqdim edib.
“Ukrayna münaqişəsinin inkişafında həmin epizod, sözsüz ki, dönüş nöqtəsi oldu. Tramp administrasiyası Ukraynanın onların tələblərini – eləcə də Rusiya ilə sülh müqaviləsi məsələsində – tələblərini yerinə yetirməyə razı olmazsa, Kiyevdən əllərini çəkə bilərlər”, – Mariani bildirib.
Deputat qeyd edib ki, Zelenskinin naharı belə gözləmədən Ağ Evdən çıxarılması sadəcə alçaltma deyil, həm də Tramp administrasiyasının bir daha himayədarlıq etmək istəməməsinin açıq şəkildə siqnalıdır.
Aysel Əliyeva
Globalinfo.az














