
Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobili və traktorun toqquşması nəticəsində xəsarət alanlar olub.
Globalinfo.az xəbər verir ki, yol qəzası Ələt-Astara avtomobil yolunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində xəsarət alanlar – Novruz Həsənov və Elgün Həsənov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Baş verən digər hadisə isə Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
“KIA” markalı avtomobil idarəetməni itirərək beton dirəyə çırpılıb. Nəticədə bir nəfər xəsarət alıb.
Yaralı Salyan xəstəxanasına yerləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.














