Toyda zəhərlənənlərin SON DURUMU

İyunun 22-si saat 19:07-dən başlayaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) müraciət edib.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən bildirilib.

Onların hər birinə zəruri tibbi xidmət göstərilib. Xəstəxanaya müraciət edənlərdən 18 nəfəri evə buraxılıb, 28 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxşdir.

Xatırladaq ki, dünən şadlıq saraylarının birində keçirilən toy mərasimində iştirak edənlərdən 43 nəfəri qidadan zəhərlənib.