“Toxunmaqla duyulan” ifadəsi “taktil” ilə əvəzləndi – QƏRAR

“Toxunmaqla duyulan” ifadəsi “taktil” ilə əvəzləndi - QƏRAR

Rəsmi sənədlərdə “toxunmaqla duyulan” ifadəsi “taktil” termini ilə əvəzlənir.

Globalinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nda dəyişiklik edib.

Beləliklə, qərara əsasən, “toxunmaqla duyulan istiqamətverici işarələr” ifadəsi “taktil istiqamətverici işarələr” ifadəsi ilə əvəzlənib.