Tovuzda dönərdən zəhərlənənlər xəstəxanadan evə buraxılır.
Globalinfo.az bildirir ki, TƏBİB-dən APA-nın yerli bürosuna verilən xəbərə görə, 25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 35 nəfər (16-sı kişi, 19-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***09:46
Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 36 nəfərə çatıb.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın yerli bürosu xəbər verir.
Qeyd edək ki, ötən gün Tovuzda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib.














