Tovuzda yaşlı qadını maşın vurdu – VİDEO

Tovuzda yaşlı qadını maşın vurdu - VİDEO

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Elməddin Nəsibov küçəsində qeydə alınıb. “Volkswagen” markalı avtomobil rayon sakini, 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.

Yaralı dərhal təcili tibbi yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Ziba Ağayevanın vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Tovuzda yaşlı qadını maşın vurdu - VİDEO
Tovuzda yaşlı qadını maşın vurdu - VİDEO