Tovuzda növbəti kütləvi zəhərlənmə – YENİLƏNİB

Tovuzda növbəti kütləvi zəhərlənmə - YENİLƏNİB

Tovuz rayonunda yerləşən Tovuz Dövlət Peşə Təhsili Mərkəzində kütləvi zəhərlənmə hadisəsi baş verib.

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.12.2024-cü il tarixində saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub.

“Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”, – TƏBİB-in məlumatında qeyd olunub.

***

Tovuz Dövlət Peşə Təhsil Mərkəzindən bildirilib ki, təhsil mərkəzində tənəffüs zamanı, təxminən saat 14:00 radələrində bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, öz aralarında bölüb, yeyiblər:

“Yarım saat sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal TTY çağırıblar. Tələbə hospitalizasiya olunduqdan sonra, digər 7 tələbə də özünü pis hiss edib. Tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, lazımi tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir”.

Zəhərlənən şəxlər Hüseynzadə Leyla Tapdıq qızı, Omarova Aysun İlqar qızı, İsmayılova Türkan İsmayıl qızı, Əliyeva Nigar Bəxtiyar qızı, Əliyeva Nurcan Saleh qızı, Seyidova Nərmin Azər qızı, Şükürov Hüseyn Vüqar oğlu, Məmmədova Lamiyə Alı qızıdır.

Tovuzda növbəti kütləvi zəhərlənmə - YENİLƏNİB
Tovuzda növbəti kütləvi zəhərlənmə - YENİLƏNİB

***

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Globalinfo.az xəbər veirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib.

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Tovuz Peşə Təhsili Mərkəzində tələbələrin zəhərlənmə şübhəsi ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə məlumat daxil olub.

Globalinfo.az bildir ki, agentlikdən Oxu.Az-a verilən məlumat görə, hazırda bu barədə araşdırma aparılır.

Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***17:21

Tovuzda zəhərlənmə hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb.

Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərlənib.