Tovuzda maşın Kürə aşdı: ölənlər var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

X X X

Tovuzda bədbəxt hadisə baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə Hunalılar kəndində qeydə alınıb.

Belə ki hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.

Hazırda onların axtarışları davam etdirilir. Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.