Tovuzda fərdi yaşayış evində yanğın baş verdi

Tovuzda fərdi yaşayış evində yanğın baş verdi

Tovuzda fərdi yaşayış evində başlayan yanğın söndürülüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, FHN-nin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının qarşısı alınıb.

Yanğın 190 kv metr olan evdə qeydə alınıb. Yanğın zamanı evin 70 kv metri əşyaları ilə birlikdə tamamilə yanıb. Evinn qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Məlumata görə, yanğın zamanı ev sahibi evdə olmayıb.

Yanğım hadisə ilə bağlı araşdırmalara başlanılıb.