Tovuzda 28 nəfər dönərdən zəhərləndi: son vəziyyətləri açıqlandı – YENİLƏNİB

Həmçinin oxuyun:

Çox sayda insanın zəhərlənməsinə səbəb olan dönərxananın görüntüləri – VİDEO

Tovuzda 28 nəfər dönərdən zəhərləndi: son vəziyyətləri açıqlandı - YENİLƏNİB

Tovuzda zəhərlənənlərin son vəziyyəti açıqlanıb.

Rayondan Globalinfo.az-a daxil olan məlumata əsasən, zəhərlənənlərin 22 nəfəri müalicə olunduqdan sonra evə buraxılıb.

Bildirilib ki, zəhərlənən 6 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir, vəziyyətləri stabildir.

***

Tovuzda zəhərlənənlərin sayı artıb.

Rayondan Globalinfo.az-a daxil olan məlumata əsasən, dönərdən zəhərlənənlərin sayı 28 nəfərə çatıb.

Qeyd edilib ki, zəhərlənənlərin vəziyyəti stabildir.  Müalicələri davam etdirilir.

***

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Bu barədə Globalinfo.az-a AQTA-dan bildirilib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verib.

Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, dönərdən zəhərlənənlərin sayı 26-ya çatıb.

***

Tovuzda zəhərlənənlərin sayı artıb.

TƏBİB bildirilib ki, iyunun 25-də saat 16:55-dən etibarən 20 nəfər (10-u kişi, 10-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib. Hazırda müalicələri tibb müəssisəsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

Baş vermiş hadisənin səbəbləri, o cümlədən zəhərlənmənin qida ilə bağlı olub-olmaması məsələsi ilə bağlı agentliyin mütəxəssisləri və aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

“Hazırda araşdırma davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək”, – deyə AQTA-nın açıqlamasında qeyd olunub.

***

Bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

***

Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 12 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərlər 2022-ci il təvəllüdlü Əli Əliyev, 2007-ci il təvəllüdlü Aysu Cəfərova, 1979-cu il təvəllüdlü Xatirə Musayeva, 2008-ci il təvəllüdlü Ruslan Əmiraslanov, 2017-ci il təvəllüdlü Rəvan Eyvazov, 2013-cü il təvəllüdlü Ramal Eyvazov, 1983-cü il təvəllüdlü Daşdəmir Eyvazov, 2019-cü il təvəllüdlü Pünhanə Ələkbərli, 2016-ci il təvəllüdlü Emil Kərimli, 2018-ci il təvəllüdlü Elif Kərimli, 1997-ci il təvəllüdlü Şahanə Əliyeva, 2006-cı il təvəllüdlü Aygün Hüseynova və daha bir nəfərdir.

Hazırda onlara xəstəxanada yardım edilir.