Tovuzda bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.
“BMW” və “VAZ 2107” markalı avtomobillər toqquşub.
Qəzadan sonra “BMW” yol kənarında dayanan piyadanı vurub.
Piyada hadisə yerində ölüb, xəsarət alan 4 nəfər – 2008-ci il təvəllüdlü qardaşlar E. Tağıyev və 1999-cu il təvəllüdlü E.Tağıyev, 1991- ci il təvəllüdlü E. Tağızadə və 1965 ci il təvəllüdlü V. Yusifov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.














