Tovuzda 14 yaşlı yeniyetməni ildırım vurub öldürdü

Tovuzda bədbəxt hadisə baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, rayonun Ağdam kənd sakini 2010-cu il təvəllüdlü Səbuhi Abdullayev düzənlik ərazidə mal-qara otaran zaman onu ildırım vurub.

Yeniyetmə hadisə yerində ölüb.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.