Tovuza qonaq gələn iki qardaş dəm qazından boğularaq ölüb.
Rafiq və Ramiz Bayramov Tapdıq oğlu qardaşları rayona yeznələrinin yas mərasimi üçün gediblərmiş.
Hadisə də bacılarının yaşadığı evdə baş verib. Məlumata görə, onlar Sumqayıt şəhərində yaşayırmışlar.
Globalinfo.az “sumqayit24.az”a istinadən ölən qardaşların fotolarını təqdim edir:
***09:46
Tovuz rayonunda iki qardaş dəm qazından boğularaq ölüb.
Globalinfo.az “Report”a istinadən bildirir ki, Tovuz rayonu Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı, 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar.
Onlar gecə dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.














