“Hollivud aktyorları Tom Kruz və Ana de Armas doqquz aylıq münasibətdən sonra ayrılıblar”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Sun” nəşrində yazılıb.
“Tom və Ana birlikdə çox gözəl vaxt keçirdilər, lakin cütlük kimi münasibətləri sona çatıb. Onlar yaxşı dost olaraq qalacaqlar, buna baxmayaraq artıq görüşməyəcəklər”, deyə qeyd edilib.
Xatırladaq ki, Tom Kruz və Ana de Armas arasında münasibət haqda şayiələr ilk dəfə fevral ayında yayılmışdı.
Günel Cəlil
Globalinfo.az














