Tokayev “soyqırımı” abidəsini ziyarətdən imtina etdi

Ermənistan XİN-i Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin İrəvana səfəri zamanı qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış Tsitsernakaberd memorialını niyə ziyarət etməməsi ilə bağlı sualı şərh edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Bu, protokolun istəyə bağlı hissəsidir”, – məlumatda deyilir.

Mediada qeyd olunur ki, əvvəllər “xatirə”ni ziyarət etmək bütün dövlət səfərləri üçün məcburi idi.