Tokayev Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışdı

Tokayev Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışdı

“Bizim ortaq səylərimiz sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında səsləndirib.

Yarım ildən bir qədər çox əvvəl imzalanan sənədlərin, bütün bu razılaşmaların ardıcıl olaraq həyata keçirildiyini vurğulayan Kasım-Jomart Tokayev deyib:

“Bu gün imzalanmış bir sıra yeni sazişlər bizim çoxşaxəli tərəfdaşlığımıza əlavə impuls verəcək”.