Tofiq Musayevin qabırğası sındı – VİDEO

Tofiq Musayevin qabırğası sındı - VİDEO

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayev (70 kq) ABŞ-ın San-Xose şəhərində baş tutan görüşün üçüncü raundunda “Bellator”da rusiyalı Aleksandr Şabliyə məğlub olub.

Globalinfo.az xəbər verir ki, döyüşçü Dünya Qran-prisinin 1/4 final mərhələsində qabırğasının sınması və qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni davam etdirə bilməyib.

Qeyd edək ki, “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır.

Xatırladaq ki, Tofiq Musayev həm də Vətən müharibəsi iştirakçısıdır.

Zaira Akifqızı
Globalinfo.az