UFC-də gözlənilən döyüş: Tofiq Musayev məyus etdi – VİDEO

3fccb3e2 b163 3e29 87b3 725a340e2bda 850

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə üz-üzə gəlib.

Yüngül çəkidəki qarşılaşma Musayevin məğlubiyyəti ilə bitib. O, ilk raundda rəqibinə təslim olub.

“UFC Fight Night”ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə qarşılaşacaq. Nazim Sadıxov braziliyalı Nikolas Mottaya qalib gəlib.