UFC: Azərbaycan təmsilçisi qalib gəldi – VİDEO

scale 1200 1 3

Azərbaycan təmsilçisi Nazim Sadıxov Bakı Kristal zalında “UFC Döyüş Gecəsi” çərçivəsində keçirdiyi döyüşdə qalib gəlib.

Globalinfo.az xəbər verir ki, onun rəqibi braziliyalı Nikolas Motta olub.

Sadıxov rəqibini nokautla məğlub edib.

Nazim Sadıxov döyüşdən sonra açıqlama verərək Azərbaycanda onu məğlub etməyin çox çətin olduğunu deyib:

“Azərbaycandayıq. Əgər məni kimsə burada məğlub etmək istəyirsə, tapança ilə gəlməlidir. Burada ancaq qələbə qazammalıydım. Rəqibim də kifayət qədər güclü idi. Məni məğlub edə bilmədi. Çünki biz Azərbaycandayıq. Ölkəm üçün canımı verərəm. Mənim ürəyim bu Azərbaycanla döyünür”.