Tofiq Bəhramovun “çempion etdiyi” futbolçu öldü

Tofiq Bəhramovun "çempion etdiyi" futbolçu öldü

İngiltərə millisinin heyətində 1966-cı ildə dünya çempionu olmuş futbolçu Corc İsthem 88 yaşında vəfat edib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun keçmiş klubu, İngiltərənin Çempionşip təmsilçisi “Stok Siti”nin Mətbuat Xidməti məlumat yayıb.

Keçmiş futbolçu 1966-cı ildə dünya çempionluğunu qazanmış komandanın vəfat edən 19-cu üzvü olub. Hazırda həmin heyətdən cəmi üç futbolçu – İan Kallaqan, Terri Peyn və Ceff Hörst – sağ qalıb.

Qeyd edək ki, C.İsthem karyerası ərzində “Arsenal”, “Nyukasl” və “Stok Siti”də oynayıb. O, İngiltərə yığmasının heyətində 19 oyun keçirib və iki qolla yadda qalıb. 1966-cı ildə çempion olmuş komandanın heyətində yer alsa da, həmin turnirin heç bir oyununda futbolçuya meydana çıxmaq şansı verilməyib.