guzestli menzil

Mənzil alarkən tikinti şirkətinin təqdim etdiyi sahə ilə dövlət reyestrindən verilən çıxarışdakı göstəricilər arasında ciddi uyğunsuzluq mövcuddur.

Globalinfo.az xəbər verir ki, bu barədə İctimai Tv-nin hazırladığı materialda qeyd edilib.

Vətəndaşlar hesab edirlər ki, mənzilin sahəsi daxildən ölçülməli olduğu halda, bəzi hallarda hesablamalar xarici divarlar da nəzərə alınmaqla aparılır. Bu isə faktiki istifadə olunan sahənin sənədlərdə göstərilən sahədən fərqlənməsinə səbəb olur.

Mütəxəssislərin sözlərinə görə, tikinti şirkətləri mənzillərin satışını həyata keçirərkən binanın xarici divarlarını, mənzillərarası arakəsmələri və hətta eyvan sahələrini tam həcmdə ümumi sahəyə daxil edirlər. Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi isə çıxarış verərkən vətəndaşın faktiki istifadə etdiyi daxili sahəni əsas götürür.

Nəticədə mənzilin sənədləşdirilməsi zamanı minimum 5, maksimum isə 10 faizədək sahə fərqi yaranır. Əksər hallarda bu fərq 7–8 faiz təşkil edir. Eyvanlarla bağlı vəziyyət də əlavə itkilərə səbəb olur. Belə ki, tikinti şirkəti tərəfindən alıcıya 10 kvadratmetr kimi təqdim olunan eyvan sahəsi çıxarışda normativlərə uyğun olaraq təxminən 3,3 kvadratmetr göstərilə bilər.

Daha ətraflı videoda:

@ictimai_tvSahə itkisinin səbəbi nədir?♬ оригинальный звук – İctimai TV

Safura Bənnayeva
Globalinfo.az  

Paylaş: