Tiflisdə saxlanılan etirazçılar sərbəst buraxıldı

Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyadəsə zamanı saxlanılmış etirazçılar azadlığa buraxılıblar.

Məlumatı Gürcüstan DİN yayıb. Bildirilib ki, aksiyalar zamanı saxlanılan 133 nəfərdən 132-si azadlığa buraxılıb.

Qeyd edək ki, hazırda parlament binası qarşısında keçirilən genişmiqyaslı aksiya davam edir. Rustaveli prospektinə toplanan minlərlə Gürcüstan vətəndaşı ölkə hakimiyyətinə qarşı müxtəlif şüarlar səsləndirirlər.

***

Martın 7-də və 8-də Gürcüstanın paytaxtı Tiflisdə parlament binası yaxınlığında saxlanılan bütün etirazçılar sərbəst buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Martın 7-də və 8-də parlamentə bitişik ərazidə keçirilən etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyinin müxtəlif struktur bölmələri tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb. Saxlanılanların bəziləri məhkəmə qarşısına çıxarılıb, qalan şəxslər isə qanunla müəyyən edilmiş istintaq təcridxanasında qalma müddətindən sonra azadlığa buraxılıblar”, – məlumatda deyilib.