Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrell Gürcüstan hakimiyyətinin LGBT təbliğatına qadağa və cinsiyyətin dəyişdirilməsi ilə bağlı qanunu ləğv etməsini istəyib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə özünün X səhifəsində paylaşım edib.
“Gürcüstan parlamenti “ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunlar qəbul edib ki, bu da insanların fundamental hüquqlarını pozacaq, ayrı-seçkilik və stiqmatizasiyanı artıracaq. Mən Gürcüstanı ölkəni AB yolundan daha da döndərən bu qanunu ləğv etməyə çağırıram”, – Borrell vurğulayıb.