
Sabirabadda mərkəzi bazar ərazisində yanğın baş verib.
Globalinfo.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun V.Əhmədov küçəsində fəaliyyət göstərən mərkəzi bazarda baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində bazar ərazisində bəzi tikililər tamamilə yanıb.
***19:50
Sabirabadda ticarət obyektində yanğın olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən obyektdə qeydə alınıb.
Yanğın FHN-in Sabirabad yanğından mühafizə xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.














