Çinin cənub-qərbində, Nepal sərhədində yerləşən Tibet Muxtar Rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Xatırladaq ki, yanvarın 7-də Çin-Nepal sərhədində 7,1 maqnitudalı zəlzələ baş verib. Nəticədə 126 nəfər həlak olub, 61,5 min nəfər xəsarət alıb.














