THY Tel-Əvivə uçuşları dayandırdı – FOTO

Türk Hava Yolları İsrail və Fələstin arasındakı gərginliyə görə Tel-Əvivə uçuşları dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə şirkətin “X” (keçmiş “Twitter”) sosial media hesabında bildirilib.

Qeyd edilib ki, Tel-Əvivə uçuşlar İsraildəki mövcud vəziyyətə görə növbəti xəbərdarlığa qədər dayandırılıb.

Şirkət, həmçinin oktyabrın 7-dən oktyabrın 23-dək həyata keçirilməli olan Tel-Əviv reyslərinə biletlərin dəyişdirilməsi və ya qaytarılması qaydalarını da öz saytında dərc edib.