THY-nin Praqaya uçan təyyarəsində gərgin anlar – VİDEO

THY-nin Praqaya uçan təyyarəsində gərgin anlar - VİDEO

İstanbul-Praqa reysi ilə uçan Türk Hava Yollarına məxsus təyyarədə gərgin anlar yaşanıb.

Praqada eniş edərkən quyruq hissəsi enmə zolağına çırpılıb.

Globalinfo.az “Sputnik Türkiyə”yə istinadla xəbər verir ki, Vatslav Havel hava limanına eniş edən “Airbus A321neo” təyyarəsinin quyruq hissəsi enmə zolağına çırpılıb. Uğursuz enişə küləkli hava şəraiti səbəb olub.

Pilotlar gözlənilməz təmasdan sonra təyyarəni tez bir zamanda yenidən havaya qaldırıb və ikinci cəhddə enişi uğurla başa vurublar.