İran uzun müddətdir ki, sanksiyalara və beynəlxalq təzyiqlərə müqavimət göstərir və bu prosesdə xalqın birliyi önəmli rol oynayır.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
Onun sözlərinə görə, iki nüvə rejimi, bir nüvə silahına sahib supergüc və daha iki nüvə gücü tərəfindən dəstəklənən başqa bir rejim, üstəlik bəzi Avropa ölkələri birləşərək İranı və iranlıları təslim etməyə çalışıblar, lakin nəticədə uğursuz olublar.
“Bu xalqın dirənişi təqdirəlayiqdir”, – deyən Araqçı əlavə edib ki, bu dövr İran xalqının müqavimətinin tarixi simvolu kimi yadda qalacaq.
O vurğulayıb ki, bu müddət ərzində siyasi, düşüncə və etnik fərqlərə baxmayaraq, bütün iranlılar ölkənin müdafiəsi üçün birləşiblər. İranın nüvə hüquqlarının qorunması üçün illərlə mübarizə apardığını, bu müddət ərzində sərt sanksiyalara və təzyiqlərə dözüldüyünü qeyd edib.
Xüsusilə Tramp administrasiyası dövründə tətbiq olunan maksimum təzyiq siyasətinin heç bir nəticə vermədiyini deyən Araqçı əlavə edib ki, təhdid və danışıqlar vasitəsilə İran xalqını hüquqlarından məhrum etmək cəhdləri boşa çıxıb.
Aysel Əliyeva
Globalinfo.az














