
ABŞ polisi Las-Veqasda Trampın hotelinin yaxınlığında “Tesla Cybertruck” markalı avtomobilin partlayışı ilə bağlı şübhəli bilinən şəxsin kimliyini müəyyən edib.
Oxu.az-ın xəbərinə görə, bu barədə KTNV-TV telekanalı mənbələrə istinadən məlumat verib.
“Müstəntiqlər şübhəlinin 37 yaşlı Metyu Livelsberqer olduğunu müəyyən ediblər”, – deyə telekanalın məlumatında bildirilib.
Həmçinin Livelsberqerin ABŞ ordusunda xidmət etdiyi qeyd edilib.
Məlumata görə, Federal Təhqiqatlar Bürosunun müstəntiqləri Alkoqol, tütün, odlu silahlar və partlayıcılar Bürosunun (ATF) üzvləri ilə birlikdə şübhəlinin yaşadığı evlərdən birində axtarış aparırlar.
***
ABŞ-ın Las-Veqas şəhərində “Tesla Cybertruck” avtomobili Donald Trampa məxsus hotelin yaxınlığında partlayıb və yanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.
Partlayış “Trump International Hotel”in yaxınlığında baş verib. Hadisə nəticəsində 7 nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hündürmərtəbəli binanın yaxınlığındakı yolları bağlayıb.
Partlayışın səbəbi ilə bağlı araşdırma aparılır.














