Tərtərin və Bərdənin raketlə vurulmasından dörd il keçir

Tərtərin və Bərdənin raketlə vurulmasından dörd il keçir

Bu gün Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raketlə atəşə tutulmasından dörd il keçir.

Globalinfo.az xatırladır ki, 2020-ci ilin oktyabrın 28-də Ermənistan ordusu Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirib.

Nəticədə aralarında uşaq və qadınlar da olmaqla 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb.

Qeyd edək ki, Bərdənin 2020-ci ilin 5, 8, 27, 28 oktyabr tarixlərində və 7 noyabrda raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər qəsdən öldürülüb.

26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

***

Tərtər şəhərinin və rayon ərazisinin “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhəri və rayonunun ərazisi atəşə tutulmasından dörd il keçir.

Globalinfo.az xatırladır ki, Ermənistanın 44 günlük Vətən müharibəsi dövründə, oktyabrın 28-də humanitar atəşkəs rejimini pozaraq dinc sakinləri və mülki obyektləri raket atəşinə tutmaqda davam edib.

Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibə ərzində erməni hərbi birləşmələri tərəfindən təkcə Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb.

Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərinə xeyli ziyan dəyib.