Terrorçunun işlədiyi bərbərxanadan açıqlama: “Bizi təhdid edirlər”

Moskvada “Krokus Siti Holl”da baş verən terror hücumunun iştirakçılarından 19 yaşlı Tacikistan vətəndaşının əvvəllər çalışdığı bərbərxananın işçiləri təhdid edildiklərini açıqlayıblar. 

Globalinfo.az xəbər verir ki, bu barədə bərbərxana sosial şəbəkə səhifəsində məlumat yayıb.

Belə ki, 19 yaşlı Məhəmməd Fayzov hadisədən öncə Rusiyada bir neçə bərbərxanada çalışıb. O saxlanıldıqdan sonra onun sonuncu çalışdığı bərbərxanaya çox sayda zənglərin edildiyi, təhqir və təhdid mesajlarının gəldiyi bildirilir.

Bərbərxananın məlumatında qeyd olunur ki, terrorçu 2 ay həmin yerdə çalışıb. Daha sonra başqa yerə köçdüyü üçün işdən ayrılıb.

“Bizim onunla heç bir əlaqəmiz yoxdur. İşdən ayrıldıqdan sonra da həyatı ilə bağlı hər hansı məlumat almamışıq. “Krokurs”da baş verənlərə görə biz də kədələnirik. Məsələ ilə bağlı məlumatımız yoxdur”, – açıqlama qeyd olunur.

Qeyd edək ki, son olaraq 19 yaşlı Məhəmməd Fayzovun saxlanıldığı zaman ağır xəsarət aldığı bildirilib. Onun xəstəxanadan dindirilmə görüntüləri yayılıb.

Ayşən Mustafa
Globalinfo.az