Terror təşkilatının qadın lideri belə məhv edildi – VİDEO

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) terror təşkilatı PKK/KCK-nın “gənclər cəmiyyətinin qadın lideri” adlandırılan Rojda Bilenin İraqın şimalında Süleymaniyyədə zərərsizləşdirildiyi anların görüntülərini paylaşıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən görüntülərə görə, “Bişenq Brüsk” kod adlı terrorçu Bilenin içində olduğu ağ rəngli pikap Süleymaniyyə çölündə təqib edilir.

Avtomobil silahlı pilotsuz uçuş aparatı hücumu ilə vurulur və terrorçu Bilen zərərsizləşdirilir.

Videonu təqdim edirik: