Medvedev edam anonsu verdi

Medvedev edam anonsu verdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Krocus Siti Hol” ticarət mərkəzinin konsert zalında baş vermiş terror aktı nəticəsində həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Medvedev Teleqram kanalında yazıb.

“Terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların bütün yaxınlarına səbr diləyirəm”, – o qeyd edib.

Medvedev bildirib ki, bu faciəyə görə məsuliyyət daşıyanların hamısı cəzalandırılacaq və onlar başqa dövlətin məmurları olsalar belə, terrorçu kimi amansızcasına məhv ediləcəklər.