Ter-Petrosyanın adamı hər şeyi açdı: II Qarabağ savaşı zamanı oktyabr ayında…

“Əgər siyasətdə iş açıq bəyanatlara gəlirsə, bu, hər şeyin bitməsi deməkdir”.

Globalinfo.az xəbər verir ki, bunu Erməni Milli Konqresi Partiyasının İdarə Heyətinin üzvü Armen Xaçaturyan deyib.

“Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” deməsindən və ya “danışıqlara sıfırdan başlayırıq” söyləməsindən sonra başa düşdük ki, hər şeyin sonu çatıb. Yəni bu, fəlakətdir. Çox təəssüf ki, biz Qarabağın verilməsi anına qədər gəldik.

Məsələ budur ki, onun hakimiyyətdə olduğu dönəmlərdə bu fəlakətdə geridönüş üçün çox imkan olub. Məsələn, müharibəyə qədər “Lavrov planı”nı qəbul etmək olardı, ya da müharibəni oktyabrda dayandırmaq mümkün idi. Üstəlik, Ermənistanın sərhədlərini 10 noyabrdan sonra gücləndirmək olardı, amma bunu etmədilər. Buna görə də Azərbaycan maneəsiz şəkildə Ermənistana daxil oldu”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az