Teleqram bu funksiyaları bağladı

Teleqram bu funksiyaları bağladı

Teleqram messenceri “Yaxınlıqdakı insanlar” funksiyasını ləğv edib, onu qanuni şirkətlər üçün “Yaxınlıqdakı biznes” funksiyası ilə əvəz edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram qurucusu Pavel Durov deyib.

Durov qeyd edib ki, “Yaxın insanlar” funksiyası tətbiqdən çıxarılıb:

“Bundan teleqram istifadəçilərinin 0,1%-dən az hissəsi istifadə edib. Bu funksiya bot və dələduzluqla da bağlı problemlər yaradırdı”.

Həmçinin teleqramın oflayn bloq alətinə yeni media fayllarının yüklənməsi də deaktiv edilib.