Tehrandan bütün uçuşlar təxirə salındı

Tehrandan bütün uçuşlar təxirə salındı

Ötən gecə İranın paytaxtı Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanından bütün uçuşlar təxirə salınıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Açıq Mənbə Kəşfiyyat Monitoru məlumat yayıb.

Qeyd edək ki, bu cür uçuş gecikmələri və ləğvlər bölgədəki hava limanlarında son bir neçə gündür müşahidə olunur.

Yaxın Şərqdə artan gərginlik, İran və onun proksi qüvvələrinin İsrailə hücum ehtimalı buna səbəb olub.